Nigeriya ordusu terrorçuların girov götürdüyü 200 qızı azad edib

Nigeriya ordusu terrorçuların girov götürdüyü 200 qızı azad edib
# 29 aprel 2015 00:58 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Sky News nəşri məlumat yayıb.

Ordu nümayəndələri xüsusi əməliyyat zamanı terrorçuların 3 düşərgəsinin məhv edildiyini qeyd edib.

Şahidlər terrorçulardan azad edilmiş Damasak şəhərinin küçələrində yüzlərlə naməlum dinc sakinin cəsədlərinin olduğunu bildirir.

Xatırladaq ki, “Boko Haram” qruplaşması keçən ilin aprelində Nigeriyanın şimal-şərqində Şibok şəhərindəki orta məktəbə hücum edərək 200-dən çox məktəbli qızı oğurlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR