Qubada 6 otaqlı ev yanıb

Qubada 6 otaqlı ev yanıb
# 22 avqust 2016 19:18 (UTC +04:00)

Bakı-APA. Qubada yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, Qımılqazma kəndində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m (hər mərtəbəsi 150 kv.m) olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə və ona bitişik ümumi sahəsi 90 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və çardağına yığılmış 5 ton ot bağlamasının 2 tonu yanıb.

Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR