Əqanıstanda ABŞ təyyarəsinin vurulmasını “Taliban” öz üzərinə götürüb

Əqanıstanda ABŞ təyyarəsinin vurulmasını “Taliban” öz üzərinə götürüb
# 02 oktyabr 2015 07:24 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Əfqanıstanda ABŞ-a məxsus hərbi-nəqliyyat təyyarəsinin vurulmasını “Taliban” hərəkatı üzərinə götürüb. APA-nın “RIA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hərəkat üzvləri sosial şəbəkələrdə məlumat yerləşdiriblər.

Qeyd edək ki, Əfqanıstanın şərqində ABŞ-a məxsus “С-130 Hercules” tipli hərbi-nəqliyyat təyyarəsinin yerə düşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. Təyyarənin göyərtəsində 6 hərbçi - heyət üzvü və 5 mülki əməkdaş olmaqla 11 nəfər olub.

Sərnişinlərin vətəndaşlığı açıqlanmır. Təyyarənin yerə çırpılmasından sonra baş vermiş partlayış nəticəsində hadisə yerində olan 3 Əfqanıstan vətəndaşı da ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR