İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Ukrayna tərəfindən İran gəmisinin hədəfə alınması ilə bağlı məsələyə münasibət bildirib.
APA-nın Tehran bürosunun məlumatına görə, Bəqai deyib ki, Ukrayna rəsmiləri həm İranın xarici işlər naziri Abbas Əraqçi ilə birbaşa təmaslarda, həm də göndərdikləri mesajlarda bu hadisənin qəsdən törədilmədiyini bildiriblər.
Bununla yanaşı, o qeyd edib ki, Ukrayna prezidentinin açıqlamaları hücumun məqsədli şəkildə həyata keçirildiyini göstərir.
İran XİN sözçüsü vurğulayıb ki, Ukraynanın cavabdehliyə cəlb olunması və gələcəkdə bu cür halların təkrarlanmaması üçün zəruri olan bütün tədbirlər görüləcək.