Moldovanın hava məkanı bu gün ərzində ikinci dəfə naməlum obyekt tərəfindən pozulub.
APA xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hava Əməliyyatları Xidməti Ukraynanın Odessa vilayətinin Mayaki kəndi istiqamətindən hərəkət edən obyektin Moldova hava məkanına daxil olduğunu qeydə alıb.
Məlumata görə, obyekt saat 12:34-də Palanka yaşayış məntəqəsi istiqamətində Moldova sərhədini keçib. Saat 12:36-da isə Moldova hava məkanını tərk edərək Ukrayna istiqamətində hərəkət edib.
Nazirlik qeyd edib ki, Hava Əməliyyatları Xidməti milli hakimiyyət orqanları və tərəfdaşlarla koordinasiya şəraitində ölkənin hava məkanını izləməyə davam edir.
Qeyd edək ki, bundan əvvəl sentyabrın 21-nə keçən gecə Moldovanın hava məkanının pozulması qeydə alınıb. Saat 00:17-də naməlum hava obyekti ölkənin şimalında aşkarlanıb və təhlükəsizlik məqsədilə həmin ərazidə hava məkanı 24 dəqiqəlik məhdudlaşdırılıb.