ABŞ İranın universitet müəllimini azadlığa buraxıb

ABŞ İranın universitet müəllimini azadlığa buraxıb
# 27 aprel 2013 12:26 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. ABŞ Tehran Şərif Texniki Universitetinin müəllimi olan Müctəba Ətarodinin azadlığa buraxıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib. Onun sözlərinə görə, M. Ətarodi İran xarici siyasət idarəsinin fəaliyyəti nəticəsində sərbəstliyinə qovuşub: “Biz hüquqi dəstək verməklə onun ev dustaqlığında saxlanılmasına nail olduq. Xaricdə həbs olunan iranlıların qanuni haqlarını təmin etmək və onlara dəstək verərək bir an əvvəl sərbəst buraxılmasına nail olmaq İran XİN-in prioritetlərindəndir. Bu məsələdə heç bir tərəddüd ola bilməz”.

Qeyd edək ki, M. Ətarodi 2011-ci il dekabrın 7-də ABŞ-ın Los-Anceles şəhərinin hava limanında həbs edilib. O, ABŞ laboratoriyalarından birindən müasir texnoloji avadanlıqlar almaqda günahlandırılıb. Ancaq M. Ətarodi ABŞ-a seminara qatılmaq üçün səfər etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR