Bakıda hərbçinin yaşadığı evdə partlayış olub, xəsarət alan var

Bakıda hərbçinin yaşadığı evdə partlayış olub, xəsarət alan var
# 27 aprel 2013 07:48 (UTC +04:00)

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 24 yaşlı Seymur Əfəndi oğlu Rüstəmovun kirayədə qaldığı evdə baş verən partlayışa qaz sızması səbəb olub. Nəticədə o, müxtəlif dərəcəli yanıq xəsarətləri ilə hərbi hospitala yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S. Rüstəmov Goranboy rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR