Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə tikilən üç gəmidən biri bu il hazır olacaq

Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə tikilən üç gəmidən biri bu il hazır olacaq
# 06 oktyabr 2015 09:31 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən Bakı Gəmiqayırma Zavoduna sifariş olunmuş 80 nəfərlik 3 ədəd yeni sərnişin gəmisinin tikintisi davam edir.

Xəzər Dənizi Gəmiçiliyindən “APA-Economics”ə verilən məlumata görə, hər üç gəminin gövdəsi tam hazırdır, mexanizmlərin və sistemlərin quraşdırılması prosesi gedir. Bu il təhvil verilməsi planlaşdırılan ilk gəmidə yanacaq, yağ və su çənlərinin hidravlik sınaqları uğurla yekunlaşıb, üst tikili əsas göyərtəyə qaynaq olunub, baş mühərriklər də artıq yerinə quraşdırılıb.

Digər iki gəminin gələn il hazır olacağı planlaşdırılır.

Gəmilərin gövdəsi polad, üst tikililəri isə alüminium materialdan hazırlanır. Yüngül materialların tətbiqi, hərəsinin gücü 1895 kVt olan 2 baş mühərrikin qoyulması sərnişin gəmilərinə saatda 40 kilometrə yaxın sürət yığmağa imkan verəcək. Bu, mövcud gəmilərimizlə müqayisədə 2 dəfə çoxdur.

Eyni zamanda, yeni gəmilər 10 tona qədər müxtəlif göyərtə yükü də götürə biləcəklər. Beləliklə, neftçilərin və yüklərin dəniz platformalarına daha tez və daha rahat çatdırılması təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR