Bakı. Rüfət Əhmədzadə - APA. İsrailin Qəzza zolağına iyulun 7-dən etibarən təşkil etdiyi hücumlarda ölən fələstinlilərin sayının 2129-a çatdığı bildirilir.
APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fələstin Səhiyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, qurudan və havadan hücumlar nəticəsində 10872 nəfər yaralanıb.
Qəzzaya endirilən bir zərbə minik vasitəsində olan iki dinc sakinin həyatına son qoyub, üç nəfər də yaralanıb.
Fələstin tərəfdən də 30 top atəşi ilə İsrail ordusuna aid bir qərargahın dağıdıldığı qeyd olunub. HAMAS-ın hərbi qanadı isə İsrailə aid bir pilotsuz təyyarəni ələ keçirdiklərini açıqlayıb.