“İnter RAO”: “Ermənistan Elektrik Şəbəkələri” tariflərin tənzimlənməsi sahəsindəki çatışmazlıqlar ucbatından itkilərlə üzləşir

“İnter RAO”: “Ermənistan Elektrik Şəbəkələri” tariflərin tənzimlənməsi sahəsindəki çatışmazlıqlar ucbatından itkilərlə üzləşir
# 09 iyul 2015 12:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Yalnız 2014-cü ildə “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin itkiləri tariflərin tənzimlənməsi sahəsindəki çatışmazlıqlara görə 8% artıb və 10,7 mlrd. dram təşkil edib.

APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “İnter RAO” holdinqin İdarə Heyətinin üzvü İlnar Mirsiyapov bildirib.

Qeyd edək ki, “Ermənistanın Elektrik Şəbəkələri” QSC “İnter RAO” holdinqin tərəmə şirkətidir.

"Qüvvədə olan tarif tənzimlənməsi səbəbindən “Ermənistan Elektrik Şəbəkələri” gəlir əldə edə bilmir və xroniki itkilərə səbəb olur. Son illər enerji tariflərinin artırılmasından yalnız istehsalçı şirkətlər qazanıb, "Emənistanın Elektrik Şəbəkələri" QSC gəlir əldə etməyib. Bununla yanaşı, "Emənistanın Elektrik Şəbəkələri" öz üzərinə elektrik enerjisi sahəsindəki bütün riskləri götürür. Buna görə, 2012-ci ildən etibarən ziyanla işləyir", - deyə İ. Mirsiyapov bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə neqativ tendensiya davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR