Bank Of Baku

Sabah Bakıda güclü şimal-qərb küləyi əsəcək

Sabah Bakıda güclü şimal-qərb küləyi əsəcək
# 28 aprel 2018 10:17 (UTC +04:00)

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.  

 

Havanın temperaturu gecə 10-14, gündüz 16-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək . Nisbi rütubət 75-85 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. 

 

Səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 8-12 dərəcə isti təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR