Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - VİDEO

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - <span style="color: red;">VİDEO
# 05 iyun 2015 09:23 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb.

Sürücülərinin kimliyi hələlik məlum olmayan “QAZel” markalı yük avtomobili ilə “Mercedes” markalı mikroavtobus toqquşub. Qəza zamanı 2 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları iş aparır.

Baş verən qəza nəticəsində Nobel prospektindən şəhər istiqamətinə tıxac yaranıb.

Hazırda yol polisi tıxacın aradan qaldırılması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR