İranın Sirik şəhərində bir neçə güclü partlayış səsinin eşidildiyi bildirilir.
APA xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Məlumata görə, partlayışlar ölkənin cənubundakı Hormozqan əyalətinin Sirik şəhərində qeydə alınıb.
Hadisənin səbəbi və partlayışların mənbəyi hələlik məlum deyil. İlkin məlumatlara görə, hadisə ilə bağlı ölən və yaralananlar, eləcə də maddi ziyan barədə rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, Sirik Hörmüz boğazına və Oman körfəzinə çıxışı olan sahilyanı ərazidə yerləşir.