Bank Of Baku

İranın vitse-prezidenti: Hörmüz boğazı üzərində suverenliyi hüquqi normalar çərçivəsində təmin etmək istəyirik

İranın vitse-prezidenti: Hörmüz boğazı üzərində suverenliyi hüquqi normalar çərçivəsində təmin etmək istəyirik
# 15 iyul 2026 04:22 (UTC +04:00)

İran Hörmüz boğazı üzərində suverenliyini beynəlxalq hüquq normaları çərçivəsində təmin etməyə çalışdığını bəyan edib.

APA xəbər verir ki, Bu barədə İranın vitse-prezidenti Məhəmməd Rza Aref bildirib.

Onun sözlərinə görə, Tehran Hörmüz boğazı üzərində suverenliyini hüquqi faktlar və mövcud beynəlxalq normalar əsasında təmin etməyə ümid edir.

Aref qeyd edib ki, İran üçün Hörmüz boğazına nəzarət etmək nə qədər təbiidirsə, digər dövlətlər üçün də bu boğazdan istifadə etmək hüququ bir o qədər təbiidir.

Vitse-prezident, həmçinin bildirib ki, hazırda Hörmüz boğazında baş verən hadisələr ABŞ-ın regionda üstünlük əldə etmək planlarının həyata keçirilməsi üçün bəhanəyə çevrilib.

İran, Hörmüz boğazı, Məhəmməd Rza Aref

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR