“İşğaldan azad olunmuş ərazilərdə hər bir mədəni irs obyekti xüsusi yanaşma tələb edir və onların bərpası zamanı müxtəlif üsullardan istifadə oluna bilər”.
APA xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, mədəni irsin bərpasına yönəlmiş yeddi mərhələli xüsusi yanaşma əvvəlki forumlarda Azərbaycan tərəfindən təklif olunub. Emin Hüseynovun sözlərinə görə, bu forumda həmin yanaşma barədə daha praktik müzakirələr aparmaq mümkündür, çünki işğaldan azad olunmuş ərazilərdə bunun konkret nümunələri mövcuddur.
“Artıq bir sıra mədəni-tarixi abidələrimizi, mədəni irs nümunələrimizi bərpa etmişik. Bəzilərində xüsusi yanaşmalar tətbiq olunub və bu yanaşmalar digər ölkələr üçün maraqlı ola bilər”, – o qeyd edib.
Emin Hüseynov forum çərçivəsindəki təqdimatında Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa edilmiş mədəni irs nümunələrindən danışdığını bildirib. O, Pənahəli xanın İmarət kompleksini, Ağdam şəhərindəki Cümə məscidini, eləcə də qoruq statusu almış Tuğ kəndini, Azıx və Tağlar mağaralarını nümunə göstərib.
Xüsusi nümayəndə vurğulayıb ki, mədəni irs obyektlərinin bərpası zamanı konservasiya, əvvəlki vəziyyətinə qaytarma və ya müəyyən xüsusiyyətləri saxlanılmaqla yeni elementlərin əlavə edilməsi kimi üsullardan istifadə oluna bilər. Hansı yanaşmanın seçilməsi isə hər bir obyekt üzrə ayrıca təhlil edilir.
O əlavə edib ki, mədəni irsin bərpası Böyük Qayıdış prosesi qədər vacibdir. Bu proses insanların öz yurdlarına qayıdışı ilə yanaşı, sosial və mədəni komponentlərin də əhəmiyyətini göstərir.
Emin Hüseynov: Azad edilmiş ərazilərdəki bərpa edilmiş bəzi abidələrdə xüsusi yanaşmalar tətbiq olunub
© APA | Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov
Mədəniyyət siyasəti
Xalq artisti Firəngiz Əlizadə: Gənc dirijorumuz süni intellektlə yaradılmış musiqini Azərbaycanın simfonik əsəri kimi təqdim edir
Xalq rəssamı Fərhad Xəlilov: Təsviri sənətə ayrılan vəsaitin məbləğini əvvəlcədən bilməliyəm
Teatrşünas İlham Rəhimli: Teatrlarda bədii rəhbər, baş rejissor vəzifələri bərpa edilməlidir
Xalq artisti Fərhad Bədəlbəyli balet artistlərinin pensiya yaşı ilə bağlı narazılığını bildirib
Xəbər Lenti
İrəvanda Cənubi Qafqaz Dəmir Yolları üzrə Ermənistan-Rusiya işçi qrupunun ilk iclası keçirilir
Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olunub
Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz? - Maliyyə fırıldaqlarından qorunmaq üçün bank ekspertindən məsləhət
Azərbaycanda qeyri-neft-qaz ixracatçılarına gömrük rəsmiləşdirilməsi xərclərinə görə 1 000 manatadək kompensasiya veriləcək
Bu ilin 9 ayında yol qəzalarında 500 nəfər ölüb, 640 nəfər yaralanıb
Ukrayna Krım körpüsünə "Flamingo" raketi ilə zərbə endirib, körpünün tağlarından biri uçub - YENİLƏNİB - VİDEO
Azərbaycan Müəllim İnkişafı Mərkəzi 1 000 müəllimin ixtisasartırmasının növbəti mərhələsinə başlayır
Yevlaxda maşın aşıb, ölən var
Vens İranla müharibənin əbədi olmayacağını bildirib
Bakıda avtomobil motosikletçini vuraraq öldürüb - FOTO
Bu ilin on ayında DSMF-nin xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 9,7% artıb
FHN uşaqların təhlükəsizliyi ilə bağlı müraciət edib
Krıma PUA hücumu olub, ölənlər var
UniDestin Təhsil Mərkəzindən ödənişsiz onlayn sınaq imtahanları
Rusiya FSB: Adıgey, Krasnodar və Xəzər dənizində terror aktlarının qarşısı alınıb, 4 nəfər tutulub, 2 nəfər öldürülüb
Uitkoff və Kuşner Berlində Ukrayna və Avropa rəsmiləri ilə görüşəcəklər
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edəcək
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib
Oman və İran XİN başçıları dəniz marşrutlarının təhlükəsizliyini müzakirə ediblər
Şəmkir sakini qadını qətlə yetirib, daha sonra özünü öldürüb - FOTO - YENİLƏNİB-1
Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb
ABŞ-ın strateji neft ehtiyatları son 44 ilin ən aşağı səviyyəsinə düşüb
Azərbaycan nefti 98 dollara ticarət olunur
Astarada maşın piyadanı vuraraq öldürüb
Siyəzəndə yol qəzasında xəsarət alan şəxs ölüb
Əraqçi Omana səfər edib
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşır
Türkiyədə polis “Sözcü” telekanalının binasında əməliyyat keçirib, saxlanılanlar var
“Brent” neftinin qiyməti 92 dollardan aşağı enib
"NYMEX" əmtəə birjasında təbii qazın ucuzlaşması davam edir
Hikmət Hacıyev Avropa İttifaqının yüksəkvəzifəli rəsmiləri ilə görüşüb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Şəmkirdə yaşayış evində 62 yaşlı kişinin meyiti tapılıb
Monqolustan Prezidenti istefa verdiyini açıqlayıb
Rusiya Kiyevdə körpülərə raket zərbələri endirib
Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
“Bitcoin”in qiyməti 65 min dollara yaxınlaşıb
Dünya fond bazarlarında eniş – ABŞ və Avropada bütün əsas indekslər ucuzlaşıb
BMT-nin Qərbi Saharadakı missiyasının əməkdaşları bölgəni tərk etməyə başlayıblar
Berlində İkinci Dünya müharibəsindən qalma bunker satışa çıxarılıb
Xocavənd, Cəbrayıl və Zəngilana daha 83 ailə köçürülüb - FOTO
ABŞ-da yeni nüvə bombasının hazırlanması ilə bağlı məlumat üzə çıxıb
Ukrayna səfirliyi: ABŞ Starshield məhdudiyyətləri ilə bağlı müraciətlərimizə cavab vermir
Nvidia Censen Huanqın baş direktor vəzifəsinə qaytarılmasını müzakirə etmir
Hörmüz boğazında tankerə hücum olub, yanğın baş verib
İsrail hərbçiləri Livanda “Hizbullah”ın iki üzvünü saxlayıb
Millətlər Liqası: Almaniya Niderlandı, İsveçrə Şotlandiyanı darmadağın edib