Paşha Bank
Bank Of Baku

Türkiyənin Naxçıvandakı yeni Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı yeni Baş konsulu vəzifəsinin icrasına başlayıb
# 27 oktyabr 2026 19:49 (UTC +04:00)

Türkiyənin Naxçıvandakı yeni Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb.

​APA xəbər verir ki, yeni Baş konsul vəzifəsinin icrasına başlaması münasibətilə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə görüşüb.

Eyni zamanda, ​Baş konsul Əli Sevim Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəisi Anar Nəcəflidən ekzekvaturanı (icazə sənədini) təhvil alıb.

Əli Sevim, həmçinin, səfir Birol Akgünlə birlikdə XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Gürsəl İsmayılzadə ilə görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR