Rusiyada azərbaycanlı dirijorun iştirakı ilə “Demon” operasının premyerası keçirilib

Rusiyada azərbaycanlı dirijorun iştirakı ilə “Demon” operasının premyerası keçirilib
# 24 noyabr 2014 08:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Vasiliy Safonov adına Rusiya Akademik Federal Filarmoniyasında Azərbaycan Akademik Opera və Balet teatrının dirijoru Əyyub Quliyevin iştirakı ilə Anton Rubinşteynin “Demon” operasının premyerası keçirilib.

Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, tamaşa Mixail Lermontovun anadan olmasının 200 illiyinə həsr olunub.

Layihənin rəhbəri və təşkilatçıları Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və V. Safonov adına Rusiya Dövlət Filarmoniyasıdır.

Operada əsas rolları Sergey Maydanov (Demon), Yelena Filimonova (Tamara), Mixail Xojigirov (Knyaz Qudal), Natalya Starkova (Mələk), Aleksey Ronçuqov (Knyaz Sinodal) və Yevgeniy Bulıçevski (Fiqaro) ifa ediblər.

Qeyd edək ki, Ə. Quliyev 2013-cü ildə V. Safonov adına Rusiya Akademik Filarmoniyasının dirijoru təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR