Fransa prezidenti və Böyük Britaniyanın yeni baş naziri arasında telefon danışığı olub

Fransa prezidenti və Böyük Britaniyanın yeni baş naziri arasında telefon danışığı olub
# 13 iyul 2016 22:51 (UTC +04:00)

Bakı-APA. Fransa prezidenti Fransua Olland və Böyük Britaniyanın yeni baş naziri Tereza Mey arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə Fransa dövlət başçısının administrasiyası açıqlama yayıb.

Söhbət Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.

“Prezident Fransua Olland xanım Tereza Meyi Böyük Britaniya baş naziri təyin edilməsi münasibətilə təbrik edib. Prezident mümkün qədər tez Böyük Britaniyanın Avropa İttifaqından çıxarılması üzrə danışıqların başlanılmasının zəruriliyini xatırladıb”, məlumatda deyilir.

İki ölkə lideri həmçinin bütün sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirmək istədiklərini ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR