Bakıda Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Təlim Mərkəzi təsis edilə bilər

Bakıda Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Təlim Mərkəzi təsis edilə bilər
# 02 may 2015 09:19 (UTC +04:00)

Bakı - APA-Economics. Polşanın Vrotslav şəhərində Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumatına görə, tədbirdə qurumun sədr müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev iştirak edib.

Konfransa Avropa regionundan olan 45 üzv ölkənin gömrük xidməti rəhbərləri və yüksək vəzifəli əməkdaşları, o cümlədən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) regional qurumlarının nümayəndələri qatılıb.

Tədbirdə çıxışı zamanı Polşanın maliyyə naziri Mateuş Şurek gömrüyün gəlirlərin toplanması kimi ənənəvi rolu ilə yanaşı, ticarətin asanlaşdırılması, cəmiyyətin qorunması və iqtisadi inkişafa dəstək kimi mühüm və hərtərəfli funksiyalarını öz çıxışında vurğulayıb.

Konfransın açılış mərasimində çıxış edən ÜGT-nin Avropa Regionu üzrə sədr müavini Haynts Zourek ötən müddət ərzində həyata keçirilən tədbirlər və fəaliyyət haqqında geniş məlumat verib. O, öz çıxışında ÜGT-nin regionlar üzrə apardığı siyasətə uyğun olaraq potensialın gücləndirilməsi istiqamətində görülmüş işləri, təşkil olunmuş tədbirləri və onların müsbət nəticələrini xüsusi olaraq qeyd edib.

Konfransda ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı Aydın İmaşov ofisin 2014-2015-ci illər üzrə fəaliyyəti, 2015-2016-cı illər üzrə strategiyası, büdcə və gələcək maliyyə məsələləri ilə bağlı hesabatla çıxış edib. Eyni zamanda o ÜGT-nin Potensialın Güc­lən­dirilməsi Direktorluğu ilə birgə həyata keçirilən tədbirlər barədə də məlumat verib, regional ofisdə beynəlxalq və milli seminarların təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin qabaqcıl infrastruktura və kadr potensialına malik olduğu, eləcə də istər milli, istərsə də regional və beynəlxalq müstəvidə uğurlu fəaliyyəti nəzərə alınaraq, Bakı şəhərində ÜGT-nin Regional Kinoloji Təlim Mərkəzinin təsis edilməsi məsələsi ilə bağlı Ə. Abdullayevin “Regional hədəflərə doğru” mövzusunda təqdimatı dinlənilib və bu təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə növbəti konfransın Qazaxıstanda keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR