Bu il Azərbaycanda 258 nəfər qidadan zəhərlənib

Bu il Azərbaycanda 258 nəfər qidadan zəhərlənib
# 28 mart 2013 10:55 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev APA-ya açıqlamasında deyib ki, bu hadisələr nəticəsində 258 nəfər zəhərlənib. Onun sözlərinə görə, cari ilin 3 ayı ərzində 7 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində də 10 nəfər zərər çəkib: “Bu müddət ərzində ölüm halı qeydə alınmayıb. Botulizm və zəhərlənmə hallarının hamısı məişətdə baş verən hadisələrdir. Novruz bayramı günlərində isə 6 zəhərlənmə hadisəsi nəticəsində 8 zəhərlənib. Bayram günlərində 2 botulizm hadisəsi zamanı 4 nəfər, 4 qida zəhərlənməsi zamanı isə 4 nəfər zərər çəkib. Botulizm hadisələri Ağdam rayonunun İmanqulubəyli kəndi və Bakının Suraxanı rayonunda qeydə alınıb. Hər iki botulizm halı pomidor turşusundan olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR