Parisdə Azərbaycan rəssamı Arif Əzizin fərdi sərgisi açılıb

Parisdə Azərbaycan rəssamı Arif Əzizin fərdi sərgisi açılıb
# 27 aprel 2013 15:23 (UTC +04:00)

Bakı-APA. Parisdə görkəmli Azərbaycan rəssamı, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin qrafik-dizayn fakültəsinin kafedra müdiri, Dünya Rəssamlar Akademiyasının həqiqi üzvü, professor Arif Əzizin fərdi sərgisinin açılışı olub.

APA-nın xəbərinə görə, sərginin açılışında Fransanın tanınmış sənət xadimləri və çox sayda media nümayəndələri iştirak edib. Sərginin açılışına gələn qonaqlar arasında Fransanın məşhur dizaynerləri Jan Klod Jitrua, Kristof Gilarme, Tilman Qrav, məşhur maneken və aktrisa Sara Marşal, media nümayəndələri, həmçinin bir çox sənət və iş adamları da olub. Tədbirdə eyni zamanda Azərbaycanın Fransadakı səfirliyin nümayəndələri və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi iştirak edib. Sərgiyə gələn qonaqlar Arif Əzizin üslubunu müasir rəssamlıqda bir inqilab kimi dəyərləndirib və onun əsərlərini ənənəvi rəssamlıqla abstrakt rəssamlığın vəhdətindən yaranmış təkrarsız yaradıcılıq inciləri adlandırıblar. 3 gün davam edəcək sərgidə rəssamın 40-dək əsəri nümayiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR