İsrail ilə Fələstin arasında davamlı atəşkəsin təmin olunması ilə bağlı danışıqlar başlayıb

İsrail ilə Fələstin arasında davamlı atəşkəsin təmin olunması ilə bağlı danışıqlar başlayıb
# 23 sentyabr 2014 17:12 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Misirin paytaxtı Qahirədə İsrail ilə Fələstin arasında davamlı atəşkəsin təmin olunması ilə bağlı danışıqlar başlayıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Fələstin heyətinə sədrlik edən Əzzam əl-Əhməd bildirib ki, bu gün Misir Kəşfiyyat Xidmətinin rəhbəri Muhammed Fərid ət-Təhami ilə danışıqların proqramı barədə fikir mübadiləsi aparacaqlar.

Onun sözlərinə görə, danışıqlar bu gün başlayaraq 10 gün müddətində davam edəcək. Ət-Təhami qeyd edib ki, HƏMAS və FƏTİH arasında fikir ortaqlığının təmin olunması üçün sabah fələstinlilərin öz aralarında müzakirələr də nəzərdə tutulub. Müzakirə zamanı Qəzzanın abadlaşdırılması və təhlükəsizlik məsələləri kimi vacib məqamlar barədə danışılacaq.

Fələstinin nümayəndə heyəti HƏMAS, İslam Cihad Hərəkatı və Fələstin Demokratik Qurtuluş Cəbhəsinin üzvlərindən təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR