CAR-da Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib - FOTOSESSİYA

CAR-da Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 27 aprel 2013 14:15 (UTC +04:00)

Bakı-APA. Cənubi Afrika Respublikasının (CAR) inzibati paytaxtı, Pretoriyada Azərbaycan Respublikasının CAR-dakı Səfirliyi tərəfindən Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir təşkil edilib. Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirə ölkədə fəaliyyət göstərən 20-dən artıq Səfir, Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin Baş Direktorunun müavini cənab Rapu Molekane, bir sıra digər qurumların rəsmiləri, CAR-ın yerli dini, Azərbaycan və Türk icmalarının nümayəndələri, KİV-lər və iş adamları qatılıblar.

Tədbiri açıq elan edən Səfir Elxan Poluxov H. Əliyevin keçdiyi həyat yolu, Azərbaycan dövlətinin qurulmağında tutduğu yer barədə danışıb.

Sonra söz “Cənubi Afrika Beynəlxalq Münasibətlər İnstitutu”nun professoru Səfir Tomas Vilerə verilib.

1994-cü ildə Türkiyə Respublikasında CAR-ın Səfiri olan T.Viler həmin dövrlərdə iqamətgahı Ankarada olmaqla, Azərbaycan Respublikasında Səfir akkreditə olduğunu və etimadnamələrini Heydər Əliyevə təqdim etmiş ilk Cənubi Afrika Səfiri olduğunu vurğulayıb. Daha sonra T.Viler Azərbaycan və Heydər Əliyev haqda xatirələrini qonaqların diqqətinə çatdırıb.

Tədbir zamanı iştirakçılar Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi, ona həsr edilmiş nəşrlər və Heydər Əliyev Fondunun çap materialları ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR