Bank Of Baku

Fermada narkotik yetişdirən Sabirabad sakini saxlanılıb

Fermada narkotik yetişdirən Sabirabad sakini saxlanılıb
# 11 iyun 2018 09:00 (UTC +04:00)

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Suqovuşan kənd sakini, 31 yaşlı Vüqar Səmidov saxlanılıb.

 

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus fermaya baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 32 ədəd çətənə kolu və 4 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya  təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR