Bank Of Baku

Almaniya Kansleri: Sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır

Almaniyanın Federal Kansleri Fridrix Merts

© APA | Almaniyanın Federal Kansleri Fridrix Merts

# 21 iyul 2026 16:11 (UTC +04:00)

Sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır.

APA-nın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Almaniyanın Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə mətbuat konfransında söyləyib.

O qeyd edib ki, Almaniyanın və Avropa İttifaqının tam marağındadır ki, geosiyasi cəhətdən vacib olan bu region sakitləşsin.

Prezident İlham Əliyevi sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edən Kansler deyib: "Sözügedən müqavilə Azərbaycan və Ermənistan tərəfindən möhürləndi. Bu tarixi müqavilə uzun münaqişənin daimi olaraq öhdəsindən gəlməyə yeni şans verir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR