Bank Of Baku

Almaniya Kansleri: Enerji təchizatımızı Azərbaycan vasitəsilə daha da şaxələndirmək istəyirik

Almaniya Kansleri Fridrix Merts

© APA | Almaniya Kansleri Fridrix Merts

# 21 iyul 2026 16:16 (UTC +04:00)

Enerji təchizatımızı Azərbaycan vasitəsilə daha da şaxələndirmək istəyirik.

APA-nın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Yaxın Şərqdə davam edən böhran fonunda Cənub Qaz Dəhlizi vasitəsilə neft və təbii qaz təchizatı sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Hörmətli cənab Prezident, biz bu məsələni ətraflı müzakirə etdik. Enerji təchizatımızı Azərbaycan vasitəsilə daha da şaxələndirmək istəyirik”, - deyə Fridrix Merts bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR