Gürcüstan parlamenti Gürcüstanın Azərbaycandakı səfirini yenidən təsdiq edib

Gürcüstan parlamenti Gürcüstanın Azərbaycandakı səfirini yenidən təsdiq edib
# 01 may 2013 17:57 (UTC +04:00)

Kutaisi. Nizami Məmmədzadə-APA. Bu gün axşam saatlarında Gürcüstanın qanunverici orqanı Gürcüstanın 3 ölkə səfirini və Avropa Şurasındakı daimi nümayəndə vəzifəsinə namizədi təsdiq edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yenidən Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi irəli sürülmüş Teymuraz Şaraşenidze də parlamentin təsdiqindən keçib. Bu barədə APA-ya məlumatı parlamentin azərbaycanlı deputatı Mahir Dərziyev bildirib. Onun sözlərinə görə, Teymuraz Şaraşenidzeyə 117 deputatdan 115 nəfər səs verib, iki deputat isə parlamentin işində iştirak etməyib. “Onun əleyhinə səs verən olmayıb. Bu gün parlamentdə Zurab Pataridze Qazaxıstanda, İrakli Koplatadze Türkiyədə, Xatuna Salukvadze Litvada səfir, Konstantin Korkeliya isə Avropa Şurasındakı daimi nümayəndə vəzifəsinə təsdiq olunub.

Xatırladaq ki, Teymuraz Şaraşenidze Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə ikinci dəfədir ki, təsdiq olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR