Bank Of Baku

İndoneziyada yaşayış binasında partlayış baş verib

İndoneziyada yaşayış binasında partlayış baş verib
# 14 may 2018 02:53 (UTC +04:00)

İndoneziyanın Yava ştatında yaşayış binasında partlayış baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Sidoarco şəhərində yerləşən yaşayış kompleksində qeyd alınıb.

 

İlkin məlumata əsasən, mənzillərdən birində əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində biri yeniyetmə olmaqla, 3 nəfər ölüb. Partlayış zamanı mənzildə olan iki uşaq sağ qalıb.

 

Qeyd edək ki, mayın 13-də İndoneziyanın Yava adasında yerləşən kilsələrdə törədilən partlayışlar nəticəsində 11 nəfər ölüb, 40-dan çoxu yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR