Bank Of Baku

Sabirabad sakinindən narkotik və silah götürülüb

Sabirabad sakinindən narkotik və silah götürülüb
# 18 aprel 2018 10:19 (UTC +04:00)

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Daşqın Məhərrəmov saxlanılıb.

 

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan çəkisi 2,5 qram heroin, 1,4 qram tiryək, 2 ədəd şpris və çətənə toxumları aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq marixuana, həmçinin 1 ədəd pnevmatik tüfəng, 1 ədəd beşbarmaq və 4 ədəd bıçaq aşkar edilərək götürülüb. 

 

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR