Bank Of Baku

Hacıqabulda açıq ərazidə təkər tullantıları yanır - FOTO - YENİLƏNİB

Hacıqabulda açıq ərazidə təkər tullantıları yanır - FOTO  - YENİLƏNİB
# 08 iyun 2026 14:43 (UTC +04:00)

FHN-in "112" qaynar telefon xəttinə Hacıqabul rayonu, Ağacanlı kəndində açıq ərazidə kol-kos yanması barədə məlumat daxil olub.

Bu barədə APA-ya nazirlikdən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Emin Şirvanzadə

***

13.50

Hacıqabulda açıq ərazidə yanğın başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, açıq ərazidə yığılan iritonnajlı avtomobillərin təkər tullantıları yanır.

FHN-in Hacıqabul və Şirvan bölmələri tərəfindən yanğının söndürülməsi, yaxınlıqda olan fermer təsərrüfatları və neft buruqlarına keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR