Paşha Bank
Bank Of Baku

Tərtər sakinini şantaj edən şəxs tutulub

Tərtər sakinini şantaj edən şəxs tutulub
# 07 may 2019 11:53 (UTC +04:00)

Bərdə rayonunda hədələməklə pul tələb edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev mayın 6-da həmyerlisi Teyyub Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat pul tələb etməsini bildirib.

Müraciətlə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR