Mingəçevirdə avtomobil aşıb, sürücü hadisə yerində ölüb

Mingəçevirdə avtomobil aşıb, sürücü hadisə yerində ölüb
# 20 iyul 2015 07:12 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir-Xaldan yolunun 3-cü kilometrliyində “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək aşıb. Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1989-cu il İsrafilov Xəyal Sahil oğlunun meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR