Bağdadda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 250-ə çatıb

Bağdadda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 250-ə çatıb
# 06 iyul 2016 01:32 (UTC +04:00)

Bakı-APA. Son məlumata görə, İraqın paytaxtı Bağdadda törədilən iki partlayış nəticəsində ölənlərin sayı 250 nəfərə çatıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın Səhiyyə Nazirliyinin məlumatında bildirilir. Bundan əvvəl 200 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, Bağdadın əhalinin sıx yaşadığı Karada rayonunda avtomobil partladılıb. Daha bir partlayış Əş-Şaab rayonundakı bazarın qarşısında törədilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR