SOCAR: 1 saylı anbar təsərrüfatında baş verən qəza işçilərdən birinin ölümünə səbəb olub

SOCAR: 1 saylı anbar təsərrüfatında baş verən qəza işçilərdən birinin ölümünə səbəb olub
# 21 iyun 2016 16:41 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. "İyunun 20-də Kompleks Qazma İşləri Trestinin 1 saylı anbar təsərrüfatı ərazisində avtokran vasitəsi ilə boruların yerdəyişməsi zamanı texniki kəmər açılıb, dağılan borulardan biri takelajçı, 1956-cı il təvəllüdlü Şahacanov Vladimir Fərhad oğlunun kürəyinə düşərək ona xəsarət yetirib".

Bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilib.

Məlumata görə, zərərçəkmiş dərhal təcili yardım maşını ilə Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb, lakin həkimlərin səyinə baxmayaraq V.Şahacanovun həyatını xilas etmək mümkün olmayıb.

Baş vermiş hadisə ilə bağlı müvafiq komissiya yaradılıb. Komissiyanın yekun rəyi ictimaiyyətə açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR