Milli Məclisin üzvü: “Dağlıq Qarabağ separatçılarının danışıqlar prosesinə qatılmağa hüququ yoxdur”

Milli Məclisin üzvü: “Dağlıq Qarabağ separatçılarının danışıqlar prosesinə qatılmağa hüququ yoxdur”
# 05 iyul 2016 10:17 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. ATƏT PA-nın 25-ci sessiyasının son iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Elşad Həsənov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar çatdırmağa cəhd edən Ermənistan təmsilçisinə cavab verib.

APA-nın Gürcüstan müxbirinin xəbərinə görə, E. Həsənov Ermənistan nümayəndəsinin fikirlərinin yalan və iftira olduğunu deyib: “Etnik təmizləmə və işğalçılıq siyasəti həyata keçirən bir ölkənin nümayəndəsinin ATƏT PA kimi nüfuzlu təşkilatın tribunasından meydan kimi istifadə etməsi, yalan bəyanatlar səsləndirməsi bizdə təəssüf hissi doğurur”.

E. Həsənov Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı hərbi cinayətlər, etnik təmizləmə və Xocalı soyqırımının törədildiyini xatırladıb. O, qondarma “Dağlıq Qarabağ Respublikası”nın danışıqlarda tərəf kimi tanınmasının qeyri-mümkün olduğunu da vurğulayıb: “Bu münaqişə Ermənistan və Azərbaycan arasında olan münaqişədir və Dağlıq Qarabağ separatçılarının danışıqlar prosesinə qatılmağa heç bir hüququ yoxdur”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR