Bakı. Şəhriyar Əlizadə - APA. Qax rayonunda narkotik vasitədən zəhərləndiyi ehtimal edilən şəxs ölüb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 7-də Qax rayon sakini Tural Yusubov Hacıqabul rayonunun Navahı qəsəbəsindən koma halında xəstəxanaya gətirilib və iyulun 8-də orada ölüb. İlkin məlumata əsasən o narkotik vasitədən zəhərlənib.
Faktla bağlı araşdırma rayon aparılır.