Şahdağ Milli Parkının ərazisində narkotik xassəli olduğu güman edilən bitki aşkarlanıb

Şahdağ Milli Parkının ərazisində narkotik xassəli olduğu güman edilən bitki aşkarlanıb
# 05 may 2015 09:08 (UTC +04:00)

Bakı - APA. Şahdağ Milli Parkının ərazisində mühafizə rejiminin yoxlanılması məqsədilə Milli Parkın əməkdaşları tərəfindən növbəti reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, reyd zamanı Milli Parkın İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 16 saylı dolayının 37-ci kvartalının 3 m2 sahəsində narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 15 ədəd bitkinin naməlum şəxslər tərəfindən əkilib-becərilməsi faktı aşkar edilib.

Faktla bağlı ETSN tərəfindən dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR