Bakıda baş verən yol qəzasında piyada ölüb

Bakıda baş verən yol qəzasında piyada ölüb
# 15 iyul 2014 10:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov APA. Bakıda avtomobil yolu keçən iki piyadanı vurub, onlardan biri ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 14-də saat 23.00 radələrində Nərimanov rayonu Ziya Bünyadov prospektində Bakı şəhər sakini Əsəd Qədirov idarə etdiyi “VAZ-21183” markalı avtomobillə yolu keçən Zərdab rayon sakini İkram Osmanovu və Bakı şəhər sakini Sahil Qurbanovu vurub. İ. Osmanov və S. Qurbanov xəstəxanaya yerləşdirilib, İ. Osmanov orada ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR