Türkiyə Səhiyyə nazirliyinin 5 min əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Türkiyə Səhiyyə nazirliyinin 5 min əməkdaşı vəzifəsindən kənarlaşdırılıb
# 25 iyul 2016 18:27 (UTC +04:00)

Bakı-APA. Hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində Türkiyə Səhiyyə nazirliyinin 5 min əməkdaşı vəzifəsindən kənarlaşdırılıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Səhiyyə naziri Rəcəb Akdaq bəyan edib.

“Hazırda mənim şəxsi iştirakım ilə nazirlikdə xüsusi komissiya işini davam etdirir. İndiyədək nazirliyin 5 min əməkdaşı vəzifəsindən kənarlaşdırılıb”, deyə R.Akdaq bildirib.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR