Nazir: Azərbaycanda həkimlərin sayı 32 mini keçib

Nazir: Azərbaycanda həkimlərin sayı 32 mini keçib
# 10 iyul 2014 12:09 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Ötən əsrin əvvəlində Azərbaycanda 300-dən bir az artıq həkim çalışırdısa, indi bu rəqəm 32 mini keçib”.

APA-nın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclasında cıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün səhiyyə sahəsində imkanlar ildən-ilə artdığı kimi, insanların tələbi də artır: “Sərhədlər açıqdır. Hər bir Azərbaycan vətəndaşının istədiyi ölkəyə səyahət etmək, orada səhiyyə xidmətlərindən xəbərdar olmaq imkanları var. Bu gün insanlar Azərbaycan səhiyyəsini ABŞ, İngiltərə səhiyyəsi ilə müqayisə edir və onlarla eyni səviyyədə olmasını istəyirlər. Əlbəttə ki, biz də bunu istəyirik və bunun üçün çalışırıq. İnşallah, bizim səhiyyəmiz onlardan da yüksək səviyyədə olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR