Almaniyada kinoteatrda atəş açan şəxs zərərsizləşdirilib - YENİLƏNİB

Almaniyada kinoteatrda atəş açan şəxs zərərsizləşdirilib - <span style="color: red;">YENİLƏNİB
# 23 iyun 2016 17:51 (UTC +04:00)

Bakı – APA. Almaniya polisi Firnhaym şəhərində kinoteatrda atəş açan şəxsi zərərsizləşdirib.

APA-nın məlumatına görə, bunu Gessen regionunun daxili işlər naziri Peter Boyt yerli parlamentdə təcili toplantı zamanı deyib.

Onun sözlərinə görə, həmin şəxsin odlu silaha malik olub-olmamasını müəyyənləşdirmək mümkün olmayıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, o, 4 dəfə atəş açıb.

*** 19.08

Bakı – APA. Firnhaym şəhərində kinoteatrda atəş açan şəxs saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə Almaniyanın “Bild” nəşri xəbər yayıb.

“Echo online” internet nəşri isə öz mənbələrinə istinadən iddia edib ki, silahlı şəxs bir neçə nəfəri girov götürüb.

***

18.45

Bakı – APA. Almaniyada silahlı şəxs kinoteatrda atəş açıb.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, Firnhaym şəhərində baş vermiş hadisə nəticəsində 50-dək şəxs yaralanıb.

Atəş açan şəxsin kinoteatr binasında barrikada qurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR