Suriya ilə sərhəddə 3 türk əsgəri həlak olub

Suriya ilə sərhəddə 3 türk əsgəri həlak olub
# 09 dekabr 2014 07:32 (UTC +04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, hadisə dekabrın 9-na keçən gecə, yerli vaxtla saat 00.30-da Şanlıurfa vilayətinin Ceylanpınar rayonu ərazisində, Suriya ilə sərhəd xəttində baş verib.

Şanlıurfa valisi İzzəddin Kiçik olayı araşdırdıqlarını bildirib. Atəşin Suriya ərazisindən – “İŞİD”lə yerli kürd qruplaşmaları arasında toqquşmaların davam etdiyi Telhanzir kəndi tərəfdən açıldığı güman olunur.

Hadisədən sonra sərhəd xəttinin mühafizəsi gücləndirilib və bölgəyə əlavə qüvvə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR