Səməd Seyidov AŞPA Bürosunun və Daimi Komitəsinin iclasında iştirak edəcək

Səməd Seyidov AŞPA Bürosunun və Daimi Komitəsinin iclasında iştirak edəcək
# 19 may 2015 16:06 (UTC +04:00)

Bakı – APA. Mayın 21-22-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin, mayın 28-də isə Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclasları keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

Tədbirlərdə milli konstitusiyalarda uşaq hüquqlarının təsbiti, qanunsuz miqrantların kriminallaşdırılması, böhran şəraitində mədəni irsin qorunması, Rusiya nümayəndə heyətinin mandatı ilə bağlı məsələ, Azərbaycanda demokratik təsisatların fəaliyyəti, Türkiyə və Makedoniya ilə monitorinq sonrası dialoq və digər mövzularda müzakirələr aparılacaq, habelə Avropa Şurasına üzv dövlətlər arasında münaqişəli məsələlərə dair şifahi hesabat dinləniləcək.

S. Seyidov müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd və təkliflərini verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR