ISESCO-nun baş direktoru Azərbaycanın birinci xanımı ilə görüşüb

ISESCO-nun baş direktoru Azərbaycanın birinci xanımı ilə görüşüb
# 02 oktyabr 2014 15:39 (UTC +04:00)

APA-nın fondun rəsmi saytına istinadən verdiyi məlumata görə, Əbdüləziz bin Osman əl-Tüveycriyə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirən Mehriban Əliyeva Heydər Əliyev Fondu ilə ISESCO-nun yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Forumda iştirak etməkdən məmnunluğunu bildirən Əbdüləziz bin Osman əl-Tüveycri də ISESCO ilə Heydər Əliyev Fondunun birlikdə uğurlu layihələr həyata keçirdiyini deyib. Baş direktor ISESCO-nun irəli sürdüyü təşəbbüsləri dəstəklədiyinə görə Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Söhbət zamanı Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən də danışılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR