Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb
# 04 sentyabr 2015 10:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. 2015/2016-cı tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələrini Komissiyanın internet saytından və ya mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Boş qalan 1065 plan yerinin müsabiqəsində iştirak etmək üçün 5372 abituriyent ərizə təqdim edib. Onlardan 904 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Qəbul olanlar sentyabrın 7-dən 10-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR