OPEC: Gələn il Azərbaycanda gündəlik neft hasilatı azalacaq

OPEC: Gələn il Azərbaycanda gündəlik neft hasilatı azalacaq
# 12 iyul 2016 14:05 (UTC +04:00)

Bakı - APA-Economics. 2016-cı ildə Azərbaycanda sutkalıq neft hasilatı 0,85 mln. barrel təşkil edəcək ki, bu da 2015-ci illə müqayisədə 10 min barrel/sutkada azdır. "APA-Economics" xəbər verir ki, bu barədə OPEC-in hesabatında deyilir.

Hesabata əsasən, iyun ayında sutkalıq hasilat may ayı ilə müqayisədə 10 min barrel azalaraq 0,78 mln. barrelə çatıb. Ötən ilin iyun ayı ilə müqayisədə isə bu ilin iyun ayında hasilat 20 min barrelə artıb.

OPEC bildirir ki, Azərbaycanda hasil olunan neftin əsas mənbəyi "Azəri-Çıraq-Günəşli" yataqlar blokudur.

"Yeni layihələrin olmaması səbəbindən 2017-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 40 min barrel azalacaq", - deyə sənəddə bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR