İqtisadiyyat və sənaye nazirinin müavini ABŞ şirkətlərini Dağlıq Qarabağda fəaliyyət göstərməməyə çağırıb - FOTOSESSİYA

İqtisadiyyat və sənaye nazirinin müavini ABŞ şirkətlərini Dağlıq Qarabağda fəaliyyət göstərməməyə çağırıb - <span style="color: red;">FOTOSESSİYA
# 19 noyabr 2015 07:45 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, işgüzar görüşdə çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev bildirib ki, iki ölkə arasında siyasi-iqtisadi əlaqələr olduqca dərindir.

Nazir müavinin sözlərinə görə, ABŞ Azərbaycan iqtisadiyyatına 10 mlrd. dollar həcmində sərmayə qoyub ki, bunun 9 mlrd. dolları neft sektoruna aiddir: “ABŞ-ın Azərbaycanda nəqliyyat və logistika layihələri mövcuddur. Bu ölkənin maliyyə institutları ölkəmizdə çox fəaldır. “Azərbaycan Hava Yolları” QSC ABŞ-dan bu illər ərzində 6 təyyarə alıb”.

S. Babayev Sumqayıt Texnologiya Parkından, habelə burada sahibkarlara yaradılacaq imkanlardan geniş danışıb.

Nazir müavini iki ölkənin şirkətləri tərəfindən birgə müəssisələrin yaradılmasının mümkün olduğunu bildirib.

S. Babayev ABŞ şirkətlərini Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazilərində fəaliyyət göstərməməyə çağırıb: “Biz ABŞ şirkətlərini ermənilərin qurduğu şoulara uymamağa və onların yalanlarına aldanmamağa dəvət edirik”.

ABŞ Ticarət Departamentinin katibinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lalli isə bildirib ki, Azərbaycan çox böyük iqtisadi-ticari potensiala malikdir: “Bugünkü işgüzar görüşdə 15 ABŞ şirkəti iştirak edir. Bu şirkətlər maliyyə, mühəndislik və dizayn, neft-kimya, rabitə və digər sektorları təmsil edirlər”.

Sonra Azərbaycanda investisiya mühiti və biznes imkanları haqqında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR