QDİƏT PA-nın sessiyasında erməni yalanlarına cavab verilib

QDİƏT PA-nın sessiyasında erməni yalanlarına cavab verilib
# 02 iyul 2016 12:42 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Azərbaycanın Qara Dəniz İqtisadi Əməkaşlıq Təşkilatı Parlament Assambleyasındakı (QDİƏT PA) nümayəndə heyəti erməni nümayəndə heyətinin təxribatlarına cavab verib.

Bunu APA-ya açıqlamasında Azərbaycanın QDİƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Eldar Quliyev deyib. O bildirib ki, Azərbaycan nümayəndə heyəti sessiyanın işində səmərəli və fəal iştirak edib: “Plenar və iqtisadi məsələlər üzrə komitələrin iclaslarında çıxış etdim. Ermənistan nümayəndə heyəti məndən əvvəl çıxış etdi. Azərbaycan haqqında, aprel hadisələri barədə şişirdilmiş, təhrif olunmuş məlumat verdilər. Bu ilin aprelində Azərbaycanın Ermənistana hücum etdiyi, habelə Azərbaycanın müharibədə itkilərinin Ermənistanın itkilərindən ikiqat artıq olduğu barədə yalnış məlumatlarla çıxış etdilər. Mən çıxışımda Ermənistanın içğalçı siyasəti barədə ətraflı məlumat verdim".

E. Quliyevin sözlərinə görə, iqtisadi və mədəniyyət məsələləri üzrə komitələrin iclasında da azərbaycanlı qaçqın, məcburi köçkünlərlə bağlı məsələlər qaldırılıb, habelə oz yaxınlarının məzarını ziyarətə getmək istəyən azərbaycanlıların tutularaq girovluqda saxlanması barədə məlumat verilib.

E. Quliyev əlavə edib ki, sessiyanın yekununda qəbul edilən bəyannaməyə qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təmin edilməsi ilə bağlı Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülən təklif erməni nümayəndə heyətinin narazılığına baxmayaraq qəbul olunub.

Xatırladaq ki, QDİƏT PA-nın 47-ci sessiyası iyunun 28-30 tarixlərində Rusiyanın paytaxtı Moskvada keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR