Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edəcək

Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edəcək
# 20 noyabr 2014 09:55 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Gənclər və idman naziri Azad Rəhimov noyabrın 24-də Qəbələdə vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qəbələ, Balakən, Oğuz, Qax, Şəki, Zaqatala və İsmayıllı rayon sakinlərinin iştirak edəcəkləri qəbul saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində baş tutacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 24-dək saat 09:00-dan, 18:00-dək aparılacaq.

Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar sözügedən rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR