Gəncədə əcnəbi tələbələrin iştirakı ilə “Discover Azerbaijan” adlı forum keçiriləcək

Gəncədə əcnəbi tələbələrin iştirakı ilə “Discover Azerbaijan” adlı forum keçiriləcək
# 27 aprel 2013 09:13 (UTC +04:00)

Bakı-APA. Mayın 10-12-də Gəncədə Gənclər və İdman Nazirliyi, ASAIF-in (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) və “PwC Azərbaycan”ın birgə təşkilatçılığı və eləcə də Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Discover Azerbaijan” (“Azərbaycanı kəşf et”) adlı forum keçiriləcək.

ASAİF-dən APA-ya verilən məlumata görə, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində baş tutacaq forum 100-ə yaxın Azərbaycanda yaşayan və təhsil alan əcnəbi tələbələri bir araya gətirəcək. Layihənin həyata keçirilməsində əsas məqsəd dünyanın hər bir yanından gəlmiş Azərbaycanda təhsil alan əcnəbi gəncləri milli-mənəvi dəyərlərimiz ətrafında birləşdirmək, Azərbaycan haqqında məlumatları daha ətraflı və sistemli şəkildə təqdim etmək və ölkəmizin inkişafı naminə gələcək əməkdaşlıqlar üçün zəmin yaratmaqdır.

“Gəncə Ramada Hotel”də keçiriləcək forumun müzakirələri zamanı Azərbaycan haqqında müxtəlif mövzular üzrə diskussiyalar aparılacaq. “Azərbaycan 2020” vizyonu, Azərbaycanın xarici siyasəti və əldə edilmiş uğurlar, Gənclər siyasəti, Azərbaycanda insan kapitalı, Biznes sektorunda korporotiv idarəetmə və strategiya, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində təşəbbüslər və digər mövzular üzrə panellərin olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR